Məşhur “GiveMeSport” internet nəşri Avropanın top 5 liqasında ən çox maaş alan 20 futbolçunun reytinqini dərc edib.
1xeber.media xəbər verir ki, ilk üçlüyü İngiltərənin “Mançester Siti” klubunun belçikalı yarımmüdafiəçisi Kevin de Bruyne qapayır – – 400 min funt sterlinq. Bu, onun həftəlik maaşıdır.
İkinci yerdə “Real Madrid”in fransalı hücumçusu Kilian Mbappe qərarlaşıb . Hələ İspaniyada ən yaxşı futbolunu oynaya bilməsə də, həftədə demək olar ki, 500.000 funt sterlinq qazanır.
Hazırda Avropada ən çox maaş alan futbolçu “Barselona”nın polşalı hücumçusu Robert Levandovskidir. Hər həftə o, 523 min ingilis funt sterlinqi ilə zənginləşir.
Maraqlıdır ki, “Qızıl top”un hazırkı qalibi, yəni dünyanın ən yaxşı futbolçusu Rodri reytinqin ilk iyirmiliyinə düşə bilməyib.