Bakıda keçirilən dəbdəbəli toyla bağlı yayılan məlumatlarda adı hallanan Elgün Feyzullayevlə bağlı yeni açıqlama verilib.
1xeber.media xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti sözügedən şəxsin hazırda qurumda çalışmadığını bildirib.
Qeyd olunub ki, o, bir ildən çoxdur tutduğu vəzifədən azad edilib.
Məclisdə Azərbaycan və Türkiyədən tanınmış şəxslər də iştirak edib.
Toyla bağlı yayılan məlumatlarda Sitarənin Elgün Feyzullayevin qızı olduğu bildirilib.
Globalinfo.az
















