Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Litvanın Azərbaycandakı səfiri Kestutis Vaşkeleviçiusla görüşüb.
1xeber.media xəbər verir ki, bu barədə Litvanın Azərbaycandakı səfirliyi "Facebook" səhifəsində məlumat yayıb.
Görüşdə regionda təhlükəsizlik məsələləri, Litva ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsi perspektivləri, həmçinin Litvanın Avropa İttifaqı Şurasına sədrliyi dövründə Aİ-Azərbaycan münasibətlərinin inkişafı müzakirə olunub.
Səfir qeyd edib ki, dəyişən geosiyasi və təhlükəsizlik şəraitində azadlığın dəyərini bilən ölkələrin fikir mübadiləsini daha da fəallaşdırması, bir-birini anlaması və dəstəkləməsi vacibdir.















