ABŞ-ın İrana qarşı müharibəsi başlayandan bəri amerikalılar yanacağa əlavə 40 milyard dollardan çox pul xərcləyiblər, bu da ölkə daxilində körpüləri təmir etmək və ya hava nəqliyyatının idarə olunması sistemini modernləşdirmək üçün kifayət edərdi.
1xeber.media xəbər verir ki, bu barədə “Faynənşl Tayms” məlumat yayıb.
“Braun Universitetinin Uotson beynəlxalq və ictimai münasibətlər məktəbinin hesablamalarına görə, benzin və dizelin qiymətinin artması nəticəsində istehlakçılara dəyən ziyan 41,5 milyard dollar və ya bir amerika ailəsi üçün 316 dollar təşkil edib. Əlavə yanacaq xərcləri əsas körpülərin yenidən qurulması üçün Federal Körpü İnvestisiya Proqramının ümumi büdcəsini (40 milyard dollar) və ya ABŞ hava nəqliyyatının idarə edilməsi sisteminin tam modernləşdirilməsinin xərcini (31,5 milyard dollar) üstələyir”, - məlumatda deyilib.

















