Azərbaycan “Beynəlxalq ticarətdə müəyyən təhlükəli kimyəvi maddələr və pestisidlər üzrə qabaqcadan əsaslandırılmış razılıq proseduru haqqında Rotterdam Konvensiyası”na qoşulub.
1xeber.media xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Qanun imzalayıb.
Prezidentin bununla bağlı Sərəncamına görə isə “Beynəlxalq ticarətdə müəyyən təhlükəli kimyəvi maddələr və pestisidlər üzrə qabaqcadan əsaslandırılmış razılıq proseduru haqqında Rotterdam Konvensiyası”nın 4-cü maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş səlahiyyətli milli qurum qismində Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi müəyyən edilib.
Nazirlər Kabineti “Beynəlxalq ticarətdə müəyyən təhlükəli kimyəvi maddələr və pestisidlər üzrə qabaqcadan əsaslandırılmış razılıq proseduru haqqında Rotterdam Konvensiyası”na qoşulmaq barədə” Azərbaycanın 2025-ci il 30 sentyabr tarixli 262-VIIQ nömrəli Qanunundan irəli gələn məsələləri həll etməli, Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsinə uyğun olaraq Konvensiyanın 4-cü maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş səlahiyyətli milli qurumun müəyyən edildiyi barədə Konvensiyanın Katibliyinə müvafiq bildiriş göndərməlidir.
















