Allah Mirmahmud bəyə, ailəsinə səbr versin. Nəvəsinin ölüm xəbərinə çox üzüldüm. Bu, bu gün oxuduğum üçüncü xəbər oldu ürəktutmadan ölüm faktı ilə bağlı.
1xeber.media xəbər verir ki,bu barədə jurnalist Ləman Ələşrəfqızı Facebook səhifəsində paylaşım edib.
Jurnalist daha sonra bildirib ki,"Səhər əməkdar müəllim Nadir Hüseynovun avtomobilində, Qaradağda orta məktəb müəlliminin sinifdə ürəktutmadan öldüyü xəbərlərini oxudum. İndi də gənc tələbənin-Mirmahmud Fəttayevin nəvəsinin ölüm xəbəri gəldi. Səhiyyə Nazirliyi, TƏBİB çıxıb bir açıqlama verin bu ölkədə nə baş verir? Millətdə ÜRƏK qalmadı. Siz nə yeyib, nə içirsiz? Ya da biz nə yeyib, nə içirik? Gənc-gənc balalar ürəkdən ölür, məktəbli infarkt keçirir! Bu nə deməkdir? Bir izah mütləq olmalıdır. Səbəb nədir? Qida, hava, stress? Nə??? Yığışın, təhlil edin, sonra çıxıb ictimaiyyəti məlumatlandırın."



















