Dünən ölkə gündəmində ən çox müzakirə olunan foto....
"Qarabağ" futbol klubunun baş məşqçisi Qurban Qurbanovun "Şamaxı" ilə oyun öncəsi stadionu qardan təmizləməsi zamanı çəkilən foto hər kəs tərəfindən maraqla qarşılanıb.
1xeber.media xəbər verir ki, jurnalist -bloger Bahadur Seyidov da mövzuya münasibət bildirib.
Sitat:"Qurban Qurbanov təkcə futbol məşqçisi deyil - adamı içdən böyüdən bir örnəkdir.
Kişini xarizmatik, yaraşıqlı göstərən kostyum deyil, poza deyil - onun xarakteridir.
Qurban Qurbanovun Azərbaycan üçün gördüyü iş, Milli Məclisin bir çox deputatının gördüyü işdən daha böyükdür.
Və məsələ yenə deyirəm: futbol deyil.
Bu kişi bizə səbir nədir - onu öyrədir. Əziyyətlə böyümək nədir - onu göstərir.
Yaltaqlanmadan ucalmağın, emosiyaya uduzmadan soyuqqanlı qalmağın məktəbini keçir.
Qarabağ FK-ın oyunçularına diqqət edin: dava-dalaşa meyilli olmurlar. Rəqib futbolçu zədələnən kimi topu meydandan çıxarırlar. Bu, təsadüf deyil - bu, Qurban müəllimin təlim-tərbiyəsinin meydandakı izidir.
Bəzən adam elə bilir Qurban Qurbanov onun ən yaxın qohumudur…
Ekranda görəndə ürəyin istəyir gedib qucaqlayasan.
Şamaxılı olmağıma baxmayaraq, bu gün Qarabağ–Şamaxı oyununda Qarabağa azarkeşlik edirdim.
Bütüm səbəblərin fövqündə bir ad dayanır: Qurban Qurbanov."
Bahadur Seyidov

















