Matviyenko danışmağa başlayan kimi iştirakçılar zalı tərk etdilər
1xeber.media xəbər verir ki,Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko Cenevrədə keçirilən Parlament rəhbərlərinin Ümumdünya Konfransında çıxış edərkən bir sıra nümayəndə heyəti nümayişkarənə şəkildə zalı tərk edib.
Almaniya Bundestaqının sədri Yulia Klockner və digər Avropa İttifaqı ölkələrindən olan tədbir iştirakçıları Valentina Matviyenkonun çıxışına etiraz əlaməti olaraq zaldan çıxıblar.