Azərbaycan həndbol komandaları 3 aydır ki, maaş almır.
1xeber.media xəbər verir ki, bununla bağlı “Qafqazinfo”ya komandaların üzvləri və məşqçiləri müraciət edib.
Onların iddiasına görə, Azərbaycan Həndbol Federasiyasının prezidenti Saleh Məmmədov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri vəzifəsindən azad edildikdən sonra əməkhaqlarını ala bilmirlər.
Bildirilib ki, federasiyadan maliyyələşən klublarda heç kimə son 2 ayın maaşı verilməyib.

















