Bakıda fəaliyyət göstərən “General Hospital” daha bir vətəndaşa saxta sağlamlıq arayışı verib. “Yaşam Medical” klinikası isə vətəndaşa düzgün olmayan analiz cavabı göndərib.
1xeber.media xəbər verir ki, “Unikal”a müraciət edən Ruslan Hüseynov bildirib ki, paytaxtda yerləşən restoranlardan birində çalışan zaman “Yaşam Medical” klinikasının əməkdaşları ondan qan analizi götürüblər:
“20 manat da ödəniş etdim. Bir neçə gün sonra, 14 mart 2026-cı il tarixində analizin cavabı gəldi. Cavabda heç bir problemin olmadığı bildirildi.
Bir müddət sonra isə başqa bir restoranda işləməyə başladım. Bu səbəbdən sağlamlıq kağızı almalı idim. Beləliklə, digər bir özəl klinikada qan analizi verdim. Məndə hepatit aşkarlandı. Qeyd edim ki, bu analiz cavabı 4 may 2026-cı il tarixində qeydə alınıb. Məlum oldu ki, yoluxma uzun müddət əvvəl baş verib.

















