Bildiyiniz kimi bu gün ölkəmizdə jurnalistərin peşə bayramı eləcədə Azərbaycan Mətbuatının 150 illiyi qeyd olunur.
Müxtəlif media qrumlarının rəhbərləri bu günlə bağlı sosial şəbəkələrdə status yazaraq həmkarlarını təbrik edirlər.
1xeber.media-nın rəhbəri Tural Əhmədov instagram hesabında status yazaraq bu günün özəlliyinə xüsusi diqqət çəkib:
"2005-2009 cu illərdə jurnalistika fakültəsində oxuduğum illərdə ölkənin ən tanınmış jurnalistləri olan mərhum Şirməmməd Hüseynov, Yalçın Əlizadə, Mahmud Mahmudov, Cahangir Məmmədli və digərlərindən dərs aldım. Onlardan öyrəndiklərimi bu gündə təkminləşdirirəm. Çünki jurnalist olmaq təkcə peşə sahibi olmaq deyil, yaradıcılıqla yanaşı sosial məsuliyyət daşıyıcısıdır. Jurnalist xəbər və ya digər ictimai, siyasi, sosial məlumatları toplayan, yazan və ya ictimaiyyətlə paylaşan bir şəxsdir. Bu şəxs hər zaman öz öhdəliklərini bilməli, məsuliyyət hissini itirməməlidir. Mətbuatımızın şərəfli tarixini yazanlar bizlərə onu qorumağı əmanət ediblər. Əmanətə isə xəyanət olmaz!
Cənab prezident İlham Əliyevin ölkə mətbuatına, medianın inkişafına həssas və diqqətcil yanaşmasının məntiqi nəticəsini 44 günlük Vətən savaşında daha da aydın gördük. Mediamız bu savaşdan üzüağ çıxdı.
Azərbaycan mediasının bu günkü inkişafı, mətbuatımızın qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevrilməsi, informasiya savaşında haqq sözümüzü deməyi bacarmaq, ölkəmizlə bağlı reallıqların dünya ictimaiyyətinə obyektiv və dürüst formada çatdırılması təqdirəlayiqdir.
Medianın İnkişaf Agentliyinin (MEDİA) yaradılması isə görülən işlərin uğurlu nəticəsidir. Və bununlada medianın inkişafını dəstəkləmək, media sahəsində mütəxəssislər hazırlamaq və onların əlavə təhsilini təşkil etmək audiovizual, çap, onlayn media subyektlərinin və informasiya agentliklərinin, habelə jurnalistlərin və digər media işçilərinin fəaliyyətini dəstəkləmək media sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqini stimullaşdırmaq MEDİA-nın əsas konsepsiyasıdır. Media savadlılığının artırılması, müxtəlif növ tədbirlərin keçirilməsi isə görülən işlərə mühüm töhfə verir.
Uzun sözün qısası: Ömrümün 15 ilini Azərbaycan mediasına xidmət etməklə qeyd edirəm. Və bu günün digər özəlliyi isə ölkə səviyyəsində Milli Mətbuatımızın 150 illiyinin qeyd olunmasıdır. Şərəfli bir tarixə şahidlik edirik. Bu bayram təkcə jurnalistlərin deyil, cəmiyyətin bayramıdır. Bayramımız mübarək!"