Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlunun 18 yaşlı nəvəsi ürək çatışmazlığından vəfat edib.
Bu barədə APA-ya ailəsindən xəbər verilib.
Partiya sədrinin nəvəsi Müşfiq Mirmehdi oğlu Fəttayev dünən saat 20 radələrində avtomobildə olarkən özünü pis hiss edib. Həmin vaxt avtomobildə olan ailə üzvləri onu Sumqayıtda xəstəxananın təcili yardım şöbəsinə aparıblar. Ancaq həkimlərin səyinə baxmayaraq, Müşfiq Fəttayev həyatını itirib.
Müşfiq Fəttayev Bakı Dövlət Universitetinin ikinci kurs tələbəsi olub.
Qeyd edək ki, Mirmahmud Mirəlioğlunun oğlu, 11-ci sinif şagirdi olan Mircəlil Fəttayev 2009-cu il oktyabrın 2-də, 28 yaşlı qızı Mahirə Fəttayeva 11 iyun 2012-ci ildə ürək çatışmazlığından vəfat ediblər.
1xeber.media Müşfiq Fəttayevin fotolarını təqdim edir.



















