5 yox, 3 uşağı olanlar da çoxuşaqlı ailə hesab ediləcək.
Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin üzvü Mehriban Vəliyeva bildirib ki, bir neçə dəfə ölkədə çoxuşaqlı ailə anlayışının 5 uşaqlıdan 3 uşaqlıya endirilməsi ilə bağlı təkliflər səsləndirilib. Hazırda isə təklif üzərində iş gedir. Bu təkliflər ölkədə demoqrafik inkişafla bağlı hazırlanacaq dövlət proqramına daxil ediləcək.