“Azərişıq” ASC-nin yaranmasının 10-cu ildönümü ilə əlaqədar qurumun əməkdaşları Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib.
Qurumun rəhbərliyi və əməkdaşları Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə güllər düzülüb.