Sevgililər günü hansıdır - İlham-Fərizə Sevgisinin sübutu olan 30 iyun, yoxsa əxlaqsızların iyrənc hərəkətlərlə tarixə yapışdırdığı 14 fevral?
Azərbaycan cəmiyyətində bu məsələdə yekdil fikir hələ də tam formalaşmadığından 30 iyun haqqında yox,14 fevral gününün,”əhəmiyyəti”nə qısa nəzər salıb,qan yaddaşımızı hansısa əxlaqsızın gününə ”güdaza” verməyimizdən danışmaq istərdik.
Məlumdur ki, hər il fevral ayı gələndə bir canlanma olur cəmiyyətdə. Kimi 14 fevral deyilən o günə hazırlaşır, kimi də o günə hazırlaşanları təəssüf və qınaq atəşinə tutur. Düzdür, ikincilər üstünlük təşkil etsə də, müəyyən qism kütlə var ki, beyinlərə olur-olmaz fikirlər yeridir, fikir və düşüncələri tam formalaşmamış gənc və yeniyetmələrin ağlını qarışdırır.
Fevralın ilk ongünlüyündən başlayaraq hədiyyə mağazalarında nəzərə çarpan canlanma 14 fevraladək davam edir. Daha çox gənclərin qeyd etdiyi 14 fevral tarixi yaşlı nəsili o qədər də maraqlandırmır. Çünki yaşlı nəsil və eləcə də 90 -lar deyilən dövrün adamları 14 fevralda qanlı gecə yaşayıblar.Bəli,satıcıların günə özəl 5 manatdan 10 manata bahalaşdırdığı gülü almaqdan ötrü bəlkə də evdə yalan danışan gənclərin bilmədiyi Qaradağlı qətliamı 14 fevralda baş verib.Məhz sevgililər günü kimi qeyd olunan 14 fevral tarixində Azərbaycan xalqının başına daha bir müsibət açılıb.Bilməyənlər üçün xatırladaq, Qaradağlı qətliamı və ya Qaradağlı faciəsi kimi tanınan o gün -1992-ci il fevralın 14-də erməni hərbi birləşmələri Xankəndidə yerləşən keçmiş SSRI silahlı qüvvələrinin 366-cı motoatıcı alayının hərbi qüvvəsinin və texnikasının köməyi ilə Xocavəndin Qaradağlı kəndinə hücum edib.
Sakinlərin kəndi qəhrəmancasına müdafiə etməsinə baxmayaraq, fevralın 17-də qeyri-bərabər döyüşlərdə Qaradağlı kəndi ermənilər tərəfindən işğal olunub. 118 nəfər əsir götürülənlərdən 101 nəfəri vəhşicəsinə qətlə yetirilib. Öldürülənlərdən 21 nəfəri ahil və qoca, 10 nəfəri qadın, 8 nəfəri məktəbli olub. Erməni silahlı birləşmələri yalnız dörd gün çəkən ağır döyüşdən sonra kəndə daxil ola biliblər. Kənd Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunaraq yandırılıb, mülki əhali qırğına məruz qalıb.
Təəssüfedici haldır ki, bir-biri ilə müqayisə ediləsi olmayan bu iki günün mahiyyətini hələ də anlamayanlar çoxdur.
Biz hər iki günün tarixçəsindən qısa da olsa bəhs etdik. Seçimi sizlərə buraxırıq. İndi özünüz düşünün, bizim günümüz hansıdır?
Düşünməyə dəyər (mi?)....