Hər bir vətəndaş yaşadığı ərazinin, mühitin təmiz və səliqəli olmasını arzulayır. Heç kim istəməz ki, kələ-kötür yollarla hərəkət etsin. Heç kim istəməz ki, göz zövqünü uçmuş hasarlar və ya dağılmış məhəccərlər pozsun.
Pirşağı kəndindən danışacağam yenə. Prezident İlham Əliyevin baş çəkdiyi, abadlaşdırılması ilə bağlı tapşırıq verdiyi Pirşağı ilə bağlı. Bəli, cənab Prezident biz Pirşağı sakinlərini düşünür, yaxşı şəraitdə yaşamağımız üçün tapşırıqlar verir. Bəs aidiyyatı qurumlar bu tapşırıqları necə yerinə yetirir? Baxın, məsələnin narahat edən tərəfi elə budur.
Ətraflı sujetimizdə.