Cinayətkar və xəyanətkar şəbəkəyə olan mövqeyim bəllidir”.
1xeber.media bildirir ki, bu sözləri “Yeni Sabah”a açıqlamasında Milli Məclisdə hakim Yeni Azərbaycan Partiyasını təmsil edən deputat Müşviq Məmmədli AXCP sədrinin müavini Fuad Qəhrəmanlının partiya sədri Əli Kərimli ilə bağlı statusunu bəyənməsi ilə bağlı danışarkən deyib.
“Mən Yeni Azərbaycan Partiyasını təmsil edən bir deputat kimi Azərbaycan xalqını, dövlətini hakimiyyətdə olduqları zaman uçuruma aparmış xəyanətkar siyasi xətt tərəfdarlarına heç zaman müsbət münasibət bildirmərəm. Bu qeyri-mümkündür. Azərbaycan siyasətində Ulu öndər Heydər Əliyevin siyasi xətti var. Onun davamçısı Prezident İlham Əliyev müzəffər Ali Baş Komandandır. Hazırda cənab Prezidentin yürütdüyü siyasətin alternativi yoxdur. YAP-ı təmsil edən bir deputat olaraq, mən də bu siyasi xəttin tərəfdarıyam, hər zaman bu belə olub və olacaqdır”, - M.Məmməd bildirib.
Deputat sosial şəbəkə hesablarının özünün yox, köməkçilərinin tərəfindən idarə olunduğunu söyləyib:
“Bu məsələlərdə mövqeyimiz birmənalıdır, qətidir. O ki qaldı cinayətkar və xəyanətkar şəbəkəyə, onlar bir dəfə hakimiyyətdə təmsil olunanda xalqımızı hansı istiqamətə aparırdılarsa, bu bəllidir. Burada olan məsələni biz araşdırırıq. Təxribat xarakterli də ola bilər. Sosial şəbəkələr bizim köməkçilərimiz tərəfindən idarə olunur. Həmin səhv texniki, yaxud mexaniki xarakter daşıya bilər. Amma yenə də deyim ki, mənim Əli Kərimli ilə bağlı fikiri bəyənməyim qeyri-mümkündür. Mənim siyasi mövqeyim bəllidir”.
Qeyd edək ki, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı “Facebook” səhifəsində jurnalist Rahim Hacıyevin partiya sədri Əli Kərimli barədə yazdığı qısa məqaləni paylaşıb. Diqqət çəkən məqam isə paylaşımın özü deyil, bu addıma Yeni Azərbaycan Partiyasının üzvü, 55 saylı Siyəzən-Quba-Xızı seçki dairəsindən deputat seçilmiş Müşfiq Məmmədlinin reaksiyası olub. Belə ki, o, F.Qəhrəmanlının paylaşımını bəyənib.
Müşviq Məmmədli daha sonra AXCP sədrinin müavini Fuad Qəhrəmanlının partiya sədri Əli Kərimli ilə bağlı etdiyi paylaşıma qoyduğu bəyənməni geri çəkib.
















