Dekabrın 13-də İstanbulda növbəti Beynəlxalq Strateji Kommunikasiya Sammiti - “Stratcom 24” işə başlayıb.
1xeber.media xəbər verir ki,sammit Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin təşkilatçılığı ilə baş tutub.
Strateji kommunikasiya sahəsi üzrə dünyanın qabaqcıl rəhbərləri, mütəxəssisləri və peşəkarlarını yenidən bir araya gətirən tədbirdə bu il “Kommunikasiya və Süni İntellekt: Tendensiyalar, Tələlər və Transformasiya” mövzusu təhlil edilib.
Stratcom Forum'24-də çıxış edən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz çıxışında bildirib ki, süni intellekt Azərbaycan hökumətinin prioritetləri sırasındadır.
Dövlət xidmətləri, yaxşı idarəetmə, təhsil sistemi, media və diplomatiya süni intellektin Azərbaycana fayda verəcəyi ilk sahələrdir deyə Hikmət Hacıyev əlavə edib: "Qarabağ müharibəsində dezinformasiya olub. Xüsusilə erməni mənbələrindən alınan süni şəkildə hazırlanmış təsvirlərdən istifadə edilmişdir. Ermənistan tərəfindən informasiya müharibəsi və ciddi dezinformasiya kampaniyaları hələ də davam edir".
Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov STRATCOM-2024 çərçivəsində "Dezinformasiyaya qarşı mübarizədə süni intellekt:dövlət qurumları üçün strateji alətlər" mövzusunda keçirilən panel müzakirədə çıxış edib.