Dekabrın 13-də İstanbulda növbəti Beynəlxalq Strateji Kommunikasiya Sammiti - “Stratcom 24” işə başlayıb.
1xeber.media xəbər verir ki,sammit Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin təşkilatçılığı ilə baş tutub..
Strateji kommunikasiya sahəsi üzrə dünyanın qabaqcıl rəhbərləri, mütəxəssisləri və peşəkarlarını yenidən bir araya gətirən tədbirdə bu il “Kommunikasiya və Süni İntellekt: Tendensiyalar, Tələlər və Transformasiya” mövzusu təhlil edilib.
Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov STRATCOM-2024 çərçivəsində "Dezinformasiyaya qarşı mübarizədə süni intellekt:dövlət qurumları üçün strateji alətlər" mövzusunda keçirilən panel müzakirədə çıxış edib.