Azərbaycan təhsil sistemində bəzən elə kadr sıçrayışlarına rast gəlirik ki, bu uğurun məntiqi və pedaqoji izahını tapmaq qeyri-mümkün olur. Bu günlərdə diqqət mərkəzində olan şəxslərdən biri də BŞTİ-nin müdir müavini postuna yerləşdirilmiş Turanə Məcidlidir. Onun cəmi 10-12 illik karyera yoluna nəzər saldıqda, sıravi müəllimlikdən BŞTİ rəhbərliyinə qədər uzanan "möcüzəvi" yüksəlişi bir çox sualları gündəmə gətirir.
Turanə Məcidlinin bioqrafiyasını gəlin birlikdə analiz edək:
Qaradağ rayonu 106 saylı məktəbdə sıravi müəllimlikdən başlayaraq;
106 nömrəli məktəbdə direktor müavini;
Ardınca Bakı şəhəri 2 nömrəli Texniki-humanitar liseyin direktoru;
Daha sonra Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Ümumi təhsilin təşkili sektorunun müdiri;
Və 8 ay sonra BŞTİ-nin müdir müavini!

















