Polşada canlı efir zamanı maraqlı hal yaşanıb.
1xeber.media xəbər verir ki, Polşa Prezidenti Karol Navrotski “Zero” telekanalının canlı yayımında “snus”un (red: saqqızabənzər, tütün tərkibli məhsul) qadağası haqqında qanundan danışarkən əlindən həmin məhsulun bir paketi yerə düşüb.
Paketi verilişin aparıcısı Robert Mazurek götürərək prezidentə qaytarıb. Bu hadisə tamaşaçıların gülüşünə səbəb olub.
“Onlar mənim prezidentə “snus” verməyimə gülürlər”, - deyə aparıcı vəziyyəti şərh edərkən deyib.
“Hökumətin səhiyyə haqqında qanun layihəsi məhz “snus”a və elektron siqaretlərə qarşı yönəlib”, - jurnalistlər əlavə ediblər.
Qeyd edək ki, Navrotski “snus”dan istifadə etdiyini heç vaxt gizlətməyib. Hətta sözügedən qanunun qəbulu haqqında danışarkən prezident bu barədə qərar qəbul etməyin onun üçün çətin olduğunu və bunu “bütün ölkənin bildiyini demişdi. Bununla belə, dövlət başçısı bu maddənin istifadəsindən imtina etmək niyyətində olmadığını bildirmişdi.

















