Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin fəaliyyəti ilə bağlı bir sıra ciddi iddialar gündəmə gəlib.
1xeber.media Yerli.media saytına istinadən xəbər verir ki, idarənin rəisi Nail Məmmədovun fəaliyyəti dövründə əsassız pul yığımları, müəllimlərin dərs saatlarından vəsaitlərin tutulması, dəftərxana ləvazimatlarının alınması adı altında keçirilən tenderlərdə mənimsəmə halları, Həmkarlar İttifaqına toplanan vəsaitlərin təyinatı üzrə istifadə edilməməsi, müəllimlərə ayrılan dərs saatlarının qeyri-rəsmi şəkildə satılması və tarixi-mədəni abidələrin qorunması üçün ayrılan maliyyənin mənimsənilməsi ilə bağlı məlumatlar mövcuddur.
Məlumatlarda bildirilir ki, Azərbaycan xalqının çoxəsrlik tarixi və mədəni irsinin qorunması, bərpası və mühafizəsi məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitlərin xərclənməsində şəffaflıqla bağlı ciddi suallar yaranıb. Xüsusilə, tarixi-mədəniyyət abidələrinin qorunması üçün ayrılan maliyyə vəsaitlərinin təyinatı üzrə istifadə edilmədiyi iddia olunur.
















