Xaçmaz rayon İcra Hakimiyyəti rayon mərkəzində bir sıra evlərin dam örtüyünü dəyişdirmək qərarına gəlib.
1xeber.media xəbər verir ki, qurum bununla bağlı tender elan edib.
Məlumata görə, tender çoxmənzilli yaşayış binalarının dam örtüyü və fasadın əsaslı təmiri işlərinin satınalınmasına görə keçirilir. Belə ki, İcra Hakimiyyəti 1.853 kv.metr dam örtüyünün sökülməsi və yenidən qurulması üçün büdcə də ayırıb.
Açıq mənbələrdə qeyd edilir ki, sözügedən sahədə işlərin görülməsi üçün İcra Hakimiyyəti 633 min267 manatlıq büdcə ayırmağa hazır olduğunu bildirib.
Qeyd edək ki, Xaçmaz İcra Hakimiyyəti bir kvadrat metr dam örtüyünün dəyişdirilməsinə 341 manat 75 qəik pul xərcləmək fikrindədir.














