Fövqəladə Hallar Nazirliyi (FHN) Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, İstiqaliyyət küçəsi, giriş 224 və 288 ünvanlarında inşa olunan 2 ədəd qeyri-yaşayış binasının istismarına icazə verib.
FHN qeyri-yaşayış binalarına 8 iyul 2026-cı il tarixində 13412 və 13413 nömrəli istismara hazırlıq rəyləri verib.
Qeyd edək ki, qeyri-yaşayış binasının sifarişçisi “Nardaran İnvest” MMC-dir.
Onu da bildirək ki, daha əvvəl Dövlət Şəhərsalma və Arxitektura Komitəsi “Nardaran İnvest” MMC-yə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsinin şimal hissəsində yerləşən “Sea Breeze” istirahət zonasının ərazisində çoxsaylı yaşayış binalarının, ticarət mərkəzinin və 4 mərtəbəli avtodayanacağın tikintisinə də icazə verib.
Onu da qeyd edək ki, “Sea Breeze” yaşayış və istirahət kompleksi Azərbaycanın Xalq artisti Emin Ağalarova məxsusdur. Bu kompleksə villalar, mənzillər, otellər, həmçinin istirahət və əyləncə obyektləri daxildir.
















