Lənkəranda kənd təsərrüfatının inkişafı və Dövlət Proqramının icra vəziyyəti müzakirə olunub.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov və Prezident Administrasiyasının məsul əməkdaşı Dəyanət Abdullayevin iştirakı ilə rayondakı 17 iri fermer təsərrüfatına baxış keçirilib, daha sonra rayonda kənd təsərrüfatı istehsalçıları ilə geniş tərkibli görüş təşkil olunub. Görüşdə aqrar sahədəki cari vəziyyət, yaradılan xüsusi Qərargahın fəaliyyəti və strateji hədəflər ətraflı təhlil edilib.















