AYNA NƏQLİYYATI İFLİC ETDİ: "ELMLƏR"DƏ İNSAN TIXACI!
Bu gün paytaxtın mərkəzində rəsmən nəqliyyat kabusu yaşanır. 'Elmlər Akademiyası' metro stansiyasının fəaliyyətinin dayanması ilə minlərlə sərnişin yerüstü nəqliyyata axışıb. Lakin Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) səriştəsiz işi və düzgün planlamasının olmaması səbəbindən ekspres avtobuslar bu yükü çəkə bilməyib!
Nə qədər avtobus xəttə buraxılsa da, koordinasiya olmadığı üçün yollarda analoqu olmayan 'insan tıxacı' yaranıb. Tıxac bir yandan, avtobus çatışmazlığı digər yandan vətəndaşları küçələrdə çarəsiz qoyub.

















