Goranboy təhsilində rəzalət: Vətəndaşın üstünə yeriyən sektor əməkdaşı!
Yenə rəsmi bir idarə və yenə vətəndaşla küçə davası dilində danışan məmur mənzərəsi! Goranboy Rayon Təhsil Sektorunda uşaqlarının dərdi üçün qəbula gələn valideynlərlə qurumun əməkdaşı Seymur Həsənov arasında əlbəyaxa dava düşüb.
"Növbəni pozdular" bəhanəsi ilə vətəndaşın üzərinə xoruzlanan bu məmur təfəkkürünə dur deyən olacaq? Regional idarənin başlatdığı "daxili araşdırma" bu rəzaləti ört-basdır etməyə bəs edəcəkmi?

















