Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov müvafiq qrafikə uyğun olaraq Ağstafa şəhərində və Sadıqlı kəndində vətəndaşların növbəti səyyar qəbullarını keçirib.
1xxeber.media xəbər verir ki, RİH başçısı çıxışlarında Ümummilli Lider Heydər Əliyevin müasir müstəqil Azərbaycan dövlətinin qurulması və inkişafı, xalqımızın firəvanlığı naminə misilsiz tarixi xidmətlərini diqqətə çatdırıb. Qeyd edib ki, Ulu Öndər Heydər Əliyev vətəndaş rifahının təminatını dövlət siyasətinin başlıca istiqamətlərindən biri kimi müəyyən edib, əhalinin sosial müdafiəsinə daim yüksək diqqət və qayğı göstərib. Ulu Öndərin müdrik və uzaqgörən siyasətinin Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam və inkişaf etdirilməsi nəticəsində ölkəmiz böyük nailiyyətlər əldə edib, tarixə qızıl hərflərlə həkk olunan möhtəşəm Zəfər qazanıb.
Səyyar qəbullarda vətəndaşları maraqlandıran suallar cavablandırılıb, qaldırdıqları məsələlər ətrafında müzakirələr aparılaraq həlli tədbirləri müəyyən edilib. Məsələlərin operativ şəkildə həlli istiqamətində aidiyyəti üzrə məsul şəxslərə nəzarət qaydasında göstərişlər verilib. 


.jpg)
%20(1).jpg)
.jpg)



















