Ədliyyə Nazirliyi tərəfindən Naxçıvan Muxtar Respublikası və Bərdə regional ədliyyə idarələrinin əhatə etdiyi rayonların sakinləri üçün növbəti onlayn videoqəbul təşkil olunub. Nazir müavini Abiddin Hüseynovun iştirakı ilə keçirilən görüşdə vətəndaşların notariat, qeydiyyat, reyestr və tibb sahələrinə dair müraciətləri dinlənilərək operativ şəkildə nəzarətə götürülüb.
















