2026-cı ilin 8 ayında ölkə üzrə 1 milyon 527 min hektardan çox əkin sahəsi suvarma suyu ilə təmin edilib.
1xeber.media xəbər verir ki,Regional Su Meliorasiya Qapalı Səhmdar Cəmiyyıtinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə ötən ilin eyni dövründə bu göstərici 1 milyon 483 min hektar olub. Yəni suvarılan əkin sahəsi 44 min hektardan çox artıb.
Ən diqqətçəkən nəticə isə su ehtiyatlarından istifadədədir. 2025-ci illə müqayisədə suvarma mənbələrindən 277 milyon kubmetr daha az su götürülüb.
Buna baxmayaraq, məhsuldarlıq yüksəlib: buğdada 33,8-dən 36,5 sentnerə, arpada isə 31,3-dən 32 sentnerə.
Bu nəticədə suvarmanın tələbata uyğun təşkili, suvarma rejimlərinə nəzarətin gücləndirilməsi, su itkilərinin azaldılması və su ehtiyatlarının daha səmərəli idarə olunması mühüm rol oynayıb.
Yəni daha az su ilə daha böyük əkin sahəsi və daha yüksək məhsuldarlıq – suvarmada səmərəliliyin əsas göstəricisi budur.















