Prezident İlham Əliyevin imzaladığı yeni Sərəncamla Hacıbaba Adil oğlu Babayev Gədəbəy Rayon İcra Hakimiyyətinə başçı təyin edilib.
Yeni icra başçısı ixtisasca həm hüquqşünas, həm də iqtisadçıdır. Uzun illər Binəqədi Rayon İcra Hakimiyyətində məsul vəzifələrdə çalışan və dövlət başçısı tərəfindən "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilən Hacıbaba Babayevin həyat yolu, təhsili və keçdiyi dövlət qulluğu karyerası barədə hazırladığımız xüsusi video süjetdə!
















