Prezident İlham Əliyevin imzaladığı yeni Sərəncamla Məmmədiyə Süleyman oğlu Məmmədov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib. Gənc idarəçi Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (MGİMO), Böyük Britaniyanın Regents Universiteti və ABŞ-nin Harvard Universiteti kimi dünyanın nüfuzlu təhsil ocaqlarının məzunudur. Xarici İşlər Nazirliyində diplomatik korpuslarda və Prezident Administrasiyasında sektor müdiri vəzifələrində çalışan, həmçinin COP29-dakı fəaliyyətinə görə ölkə başçısının "Təşəkkürnamə"sinə layiq görülən Məmmədiyə Məmmədovun zəngin karyerası hazırladığımız xüsusi video süjetdə!















