YASAMALDA FƏHLƏ DAŞ HÖRÜR, İCRA BAŞÇISI "ARTIRMA YOXDUR" DEYİR!Yasamal rayonu, Abbas Mirzə Şərifzadə 136 ünvanında piyada səkisi göz görə-görə zəbt edilir. Jurnalist Jalə Əsədovanın rəsmi sorğusuna bir ay cavab verməyən başçı Elşad Həsənovun idarəsi, yazı çıxandan sonra rəsmi sənəd yox, sosial şəbəkədə rəy yazmaqla işini bitmiş hesab etdi!
Ekranda fəhlələrin sıfırdan ağlay daşları ilə divar hördüyü görünür, icra başçısının rəyində isə "sadəcə zəruri təmir aparılır" iddiası yer alır. Elşad Həsənovun bu ziddiyyətli "təmir" nağılı və sakinlərin əlindən alınan səkilərin acı reallığı süjetimizdə!















