Bakı ilə Mərkəzi Asiya arasında yeni strateji dövrün hüquqi əsası qoyuldu! Türkmənbaşı şəhərində keçirilən Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət Görüşünün yekunu olaraq mühüm Birgə Bəyanat imzalanıb. Sənəddə Azərbaycanın bu formatda tamhüquqlu iştirakının əhəmiyyəti vurğulanıb, həmçinin Bakıda keçiriləcək AQEM Sammitinə hazırlıq işləri yüksək qiymətləndirilib. "Şərq-Qərb" nəqliyyat marşrutlarından tutmuş Mərkəzi Asiya yaşıl enerjisinin Azərbaycan vasitəsilə Avropaya ixracına, kibertəhlükəsizlikdən rəqəmsal innovasiyalara qədər regional arxitekturanı dəyişəcək tarixi qərarların tam təfərrüatları süjetimizdə!















