Naxçıvanda 246 minlik tender qalmaqalı: İzi nazir Emin Əmrullayevin qaynına uzanan borclu şirkət kimdir?Naxçıvan Dövlət Universitetinin Patologiya laboratoriyası üçün keçirdiyi 246 min manatlıq irihəcmli satınalma müsabiqəsində şok iddialar ortaya çıxıb. Rektor Elbrus İsayevin rəhbərlik etdiyi ali məktəb tenderi dövlət büdcəsinə 12 min manatdan çox vergi borcu olan firmaya həvalə edib. Media araşdırmalarına görə, qalib elan edilən şirkət sadəcə formal vasitəçidir və tibbi avadanlıqları əslində Elm və Təhsil Naziri Emin Əmrullayevin qaynı Nihad Hənifəyevə məxsus "İSTEAM" MMC-dən tədarük edir. Adı ölkədən valyuta çıxarmaq qalmaqalında hallanan nazir qohumunun bu tenderdəki rolu və satınalmanın gizli xronikası süjetimizdə!















