İrlandiyanın paytaxtı Dublində keçirilən Avropa Siyasi Birliyinin 9-cu Zirvə Toplantısına qatılan xarici dövlət və hökumət başçıları tədbirə ezam olunmuş Azərbaycan jurnalistlərinin suallarını cavablandırıblar. Liderlər sammitin gündəliyi, regional təhlükəsizlik və Azərbaycanla əməkdaşlıq perspektivləri barədə fikirlərini bölüşüblər.
















