AKAF-dan ölkəmizdə keçiriləcək COP29-a növbəti dəstək
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası tərəfindən Bakıda təşkil olunacaq COP29-a dəstək xarakterli “Təmiz suda avar çək!” devizi altında Bakı bulvarında genişmiqyaslı yürüş təşkil ediləcək.
1xeber.media xəbər verir ki,yürüşə Beynəlxalq Avarçəkmə Federasiyasının (FİSA) prezidenti Jan Kristof Roland, Beynəlxalq Kanoe Federasiyasının prezidenti Tomas Konyetsko, Beynəlxalq Draqon Qayıqları Federasiyasının prezidenti Kladio Şermi, Asiya Avarçəkmə Federasiyasının və Qlobal Kanal Avarçəkmə Federasiyasının fəxri prezidenti Vanq Şi, “Charles Regatta” İdarə Heyətinin rəhbəri Frederik Şox, Qlobal Kanal Avarçəkmə Federasiyasının səlahiyyətli nümayəndəsi Ken Li və COP-29 üçün Azərbaycana səfər edəcək 50-dən çox fəxri qonaq qatılacaq.