Monteneqro Prezidenti COP29-da iştirak etmək üçün Azərbaycana gəlib
Monteneqro Respublikasının Prezidenti Yakov Milatoviç BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün noyabrın 11-də Azərbaycan Respublikasına səfərə gəlib.
1xeber.media xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda Yakov Milatoviçi Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov və digər rəsmi şəxslər qarşılayıblar