Əminə Ərdoğan Mehriban Əliyeva ilə görüşündən paylaşım etdi
Türkiyənin birinci xanımı Əminə Ərdoğan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və digər liderlərin xanımları ilə Bakıda COP29 çərçivəsində görüşlə bağlı paylaşım edib.
1xeber.media xəbər verir ki, Əminə Ərdoğan bu barədə “X” hesabında yazıb.
“Azərbaycan Prezidentinin xanımı, dəyərli dostum Mehriban Əliyevanın ev sahibliyi ilə Bakıda keçirilən proqramda liderlərin xanımları ilə görüşdük.
Daha yaxşı dünya üçün ən böyük təminatımız olan gənclərin iqlim dəyişikliyi ilə mübarizə çərçivəsində hazırladıqları layihə haqqında təqdimatları dinlədik. Bu münasibətlə gücünü xüsusilə gənclərdən alan “SıfırTullantı” hərəkatının ilhamverici səyahətini və Türkiyədə tullantısız həyat fəlsəfəsinin təbliği istiqamətində aparılan işləri paylaşdım.
Qlobal “Sıfır Tullantı” hərəkatı bizə dünyamızı bizdən sonrakı nəsillər üçün qorumaq məsuliyyətimizi xatırladan güclü bir dəvətdir.
Bu dəvətdə iştirak edərək Qlobal Sıfır Tullantıların Xoşməramlı Bəyannaməsini imzalayıb “ZeroWaste” ailəsinə qoşulan hər kəsə ürəkdən təşəkkürümü bildirirəm.
Ümid edirəm ki, gənclərin rəhbərliyi altında təmiz və davamlı gələcəyə doğru birlikdə irəliləyəcəyik”, - Ə. Ərdoğan qeyd edib.