Türkiyə Rusiya və Ukrayna arasında İstanbulda keçiriləcək danışıqların üçüncü raunduna öz nümayəndə heyətini göndərəcək.
1xeber.media xəbər verir ki, bu barədə RİA Novosti Türkiyənin yüksək vəzifəli rəsmisinə istinadən məlumat yayıb.
Bildirilir ki, böyük ehtimalla Türkiyə nümayəndə heyətinin tərkibində Türkiyənin Milli İstihbarat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın və ölkənin xarici işlər naziri Hakan Fidan da yer alacaq.
TASS-ın məlumatına görə, danışıqlar iyulun 24-də baş tutacaq, lakin Ukrayna prezidenti Vladimir Zelenski iyulun 23-də Rusiya nümayəndə heyəti ilə görüşü elan edib.