Rəcəb Tayyib Ərdoğan mənim liderimdir. Siyasi həyatımı bu reallıqla tamamlayacam
1xeber.media xəbər verir ki, bunu Türkiyənin sabiq daxili işlər naziri, millət vəkili Süleyman Soylu deyib.
“Millət vəkili kimi səlahiyyət müddətimi başa vurduqdan sonra əgər mənim təcrübəmə ehtiyac duyularsa, Türkiyəyə şərəflə töhfə verəcəm. Tayyib Ərdoğan siyasətdən getdiyi gün mən də aktiv siyasətdən gedəcəyəm”, - millət vəkili bildirib.