İran ABŞ və İsraildən nüvə obyektlərinə hücumlara görə kompensasiya tələb edib.
1xeber.media İranın xarici işlər naziri Abbas Araqçi ABŞ və İsrailin İranın nüvə obyektlərinə endirdiyi zərbələrlə bağlı BMT-yə müraciət göndərib.
Tehran bu hücumları beynəlxalq hüququn birbaşa pozuntusu adlandırıb, Vaşinqton və Təl-Əvivdən dəymiş ziyana görə tam kompensasiya tələb edib və BMT-ni aydın və prinsipial mövqe tutmağa çağırıb.

















