NATO baş katibi “tam əmindir” ki, alyans Hörmüz boğazını blokdan çıxara biləcək.
1xeber.media xəbər verir ki,“Avropa müttəfiqləri və dünyanın müxtəlif yerlərindəki tərəfdaşlar son bir neçə həftə ərzində birləşmək üçün səylər göstəriblər. ABŞ-ın müttəfiqləri və tərəfdaşları kimi birlikdə nə edə biləcəyimizin planlaşdırılması başlayır”, - deyə Mark Rutte Fox News telekanalına müsahibəsində bildirib.
Trampın müttəfiqlərə yönəlmiş tənqidlərinə cavab verən baş katib qeyd edib ki, ABŞ təhlükəsizlik səbəblərinə görə əməliyyat planlarını əvvəlcədən paylaşa bilməzdi, buna görə də Avropa ölkələrinə hazırlaşmaq üçün bir neçə həftə lazım olub.
Rütte həmçinin ABŞ-ın İrana qarşı əməliyyatını “kritik əhəmiyyətli” adlandırıb, vurğulayıb ki, Tehran-ın nüvə və raket proqramları dünya üçün “ekzistensial təhdid” yaradır.

















