Rusiya ilə Türkiyə arasında münasibətlər ABŞ silahlarının Ukraynaya göndərilməsi səbəbindən pisləşə bilər.
1xeber.media xəbər verir ki, bu barədə Türkiyənin “Ekonomim” qəzeti yazıb.
Məlumata görə, Rusiya mümkün silah tədarükü ilə bağlı ABŞ və Türkiyədən açıqlama tələb edib. Lakin Moskva hələlik bu sorğuya cavab almayıb.
Söhbət ABŞ-ın Ukraynaya təhlükəsizlik yardımı çərçivəsində silah tədarükündən gedir. Məlumata görə, Pentaqonun əvvəllər bağladığı müqavilələr üzrə Ukraynaya silah göndərişlərinin tempi iki dəfə azalıb.
Bundan əvvəl isə 2026-cı ilin əvvəlində ABŞ-ın Kiyevə silah tədarükünün keçmiş prezident Co Baydenin hakimiyyəti dövrü ilə müqayisədə təxminən beş dəfə azaldığı bildirilmişdi.

















