Belarus prezidenti Aleksandr Lukaşenko oliqarxları Ukraynanı hərbi əməliyyatlara cəlb etməkdə ittiham edib.
Bu barədə BELTA məlumat yayıb.
“Ukraynada bu, Maydanla başlamadı, hər şey ədalətsizliklə başladı, nəhəng bir klan - Ukraynanı boğan oliqarxiya meydana çıxdı. Və yavaş-yavaş bu oliqarxiya ölkəni müharibəyə apardı”, - deyə Lukaşenko bildirib.
Belarus lideri Ukraynanın rəhbəri Vladimir Zelenskini də varlı adam adlandırıb. Onun sözlərinə görə, “cibində külli miqdarda qazanılmamış pulu olan” siyasətçi artıq dövləti düşünmür.
Adəm