Harris məğlub olduğunu qəbul etdi
Demokratlar Partiyasından namizəd Kamala Harris çərşənbə günü ictimai çıxışında ölkədə noyabrın 5-də keçirilən seçkilərdə məğlub olduğunu etiraf edib.
Bu barədə K.Harris Vaşınqtondakı Hovard Universitetində çıxışı zamanı deyib.
"Bu seçkilərin nəticəsi bizim istədiyimiz, uğrunda mübarizə apardığımız, səs verdiyimiz kimi olmadı", - deyə o bildirib.
Qeyd edək ki, Kamala Harris 2021-ci ilin yanvarından ABŞ-ın vitse-prezidenti vəzifəsində çalışır. Onun hazırkı çıxışı üçün Hovard Universitetini seçməsi təsadüfi deyildi: Harris bu ali təhsil müəssisəsini bitirib və seçki günü onun seçki qərargahı orada fəaliyyət göstərirdi.