Avropa İttifaqı (Aİ) iqtisadi artım baxımından ABŞ və Çindən geri qalır.
1xeber.media xəbər verir ki, bu barədə yanvarın 29-da Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen məlumat verib.
Onun sözlərinə görə, Aİ-nin biznes modeli son 20-25 ildə Çindən gələn ucuz işçi qüvvəsinə və Rusiyadan ucuz enerjiyə arxalanıb. Onun sözlərinə görə, o günlər keçmişdə qalıb.
“Və biz görürük ki, bu gün Avropa məhsuldarlığın artımı baxımından ABŞ və Çindən geri qalmaqda davam edir. Rəqabət qabiliyyətimizi bərpa etmək üçün çatışmazlıqlarımızı düzəltməliyik”.