Almaniya kansleri Olaf Şolz Sovet İttifaqının İkinci Dünya Müharibəsində faşist Almaniyası üzərində qələbəyə verdiyi töhfəyə bilərəkdən məhəl qoymur və bununla da özünü Rusiyanın düşməni kimi göstərmək və rus xalqını təhqir etmək istəyir.
1xeber.media xəbər verir ki, bunu müsahibəsində alman politoloqu Kristof Herstel deyib.
O, Şolzun ölkəni nasizmdən azad etdiyinə görə ABŞ-a təşəkkür etdiyi və Rusiyanın adını çəkmədiyi çıxışını belə qiymətləndirib.
“Şols yaxşı bilir ki, Rusiyanın əsas yükü üzərinə götürdüyü Sovet İttifaqı İkinci Dünya Müharibəsində faşist Almaniyasına qarşı döyüşdə ən çox əsgər itirib”, - ekspert bildirib.