Sumqayıtda 1984-cü il təvəllüdlü Cəmalə İmran qızı Quliyevanı öldürməkdə şübhəli bilinən həyat yoldaşı, 1975-ci il təvəllüdlü Qorxmaz Quliyev saxlanılıb.
1xeber.media yerli bürosu xəbər verir ki, o, hadisəni törətdikdən sonra Sumqayıt Şəhər Polis İdarəsinə gedərək hadisənin törətdiyini etiraf edib.
Qətl hadisəsinin qısqanclıq zəminində baş verdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.
02:24
Sumqayıtda ər arvadını boğaraq öldürüb.
1xeber.media yerli bürosu xəbər verir ki, hadisə şəhərin Yaşıl dərə yaşayış massivində qeydə alınıb.
1984-cü il təvəllüdlü Cəmalə Quliyevanın həyat yoldaşı tərəfindən boğularaq öldürüldüyü bildirilir.
Hadisəni törətməkdə şübhəli bilinən ər saxlanılıb.