Avropa İttifaqı (Aİ) ABŞ prezidenti Donald Trampın ABŞ-a idxal etdiyi polad və alüminiuma tətbiq etdiyi rüsumlar səbəbindən təxminən 28 milyard avro itirə bilər.
1xeber.media xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
“Avropa İttifaqı hesab edir ki, Donald Trampın polad və alüminiuma tətbiq etdiyi ilk rüsumlar blokun ixracına ən azı 28 milyard avro ziyan vura bilər ki, bu da Amerika prezidentinin ticarət müharibəsində ciddi eskalasiyaya çevrilə bilər”, - agentlik öz materiallarında qeyd edib.
Güman ki, polad və alüminium törəmələri daxil olacaq tariflərə tabe olan məhsulların sayı əvvəlkindən dörd dəfə çox ola bilər.
Bundan əvvəl Aİ-nin ticarət və iqtisadi təhlükəsizlik üzrə komissarı Maroş Şefçoviç brifinqdə çıxış edərək, Trampın tətbiq etdiyi tariflərlə bağlı vəziyyətin hələ də aydın olmadığını və onların həcminin dəyişə biləcəyi barədə xəbərdarlıq etmişdi.
Bundan əvvəl məlum olub ki, Avropa İttifaqı ABŞ-ın tariflərinə cavab tədbirləri hazırlayır. Qeyd olunur ki, Avropa Vaşinqtona qarşı hələ 2023-cü ildə təsdiq edilmiş Məcburiyyətlə Mübarizə Qaydasından istifadə edə bilər.